«BONUSKLUB» PROQRAMININ LOYALLIQ QAYDALARI
1. Terminlər
- «Baharstore» mağazası mal və xidmətlər üçün «Baharstore» («STENTOR» MMC) markası altında çalışan pərakəndə satış məntəqəsi, habelə mövcud proqrama qoşulmuş françayzinq mağazasıdır (françayzinq mağazasının «BONUSKLUB» proqramına qoşulması haqda əlavə olaraq, «Baharstore» mağazalarından, yaxud http://Baharstore.az/ saytından məlumat ala bilərsiniz).«BONUSKLUB» (qısaca – «Proqram») mallar və xidmətlər üçün «Baharstore» markası altında işləyən mağazaların alıcıları üçün işlənib hazırlanan loyallıq proqramıdır ki, «BONUSKLUB» loyallıq proqramının qaydaları həmçinin, «STENTOR» MMC-nin lokal aktları və qaydaları vasitəsiylə tənzimlənir. «BONUSKLUB»un iştirakçısı (qısaca “İştirakçı”) «BONUSKLUB» paketini «BONUSKLUB»un loyallıq proqramının bu qaydalarına əsasən alan fiziki şəxsdir.
BONUSKLUB (Qısaca – “Kart”) «BONUSKLUB» iştirakçısının «Baharstore» mağazalarının yaydığı, Proqram iştirakçısının identifikasiyasını, bonusların toplanması və istifadə olunması proseduruna nəzarəti təmin edən xüsusi plastik kartdır. «BONUSKLUB» kartı həm də Proqram iştirakçıları üçün keçirilən müxtəlif tədbirlərə xüsusi buraxılış kartıdır.
«BONUSKLUB»un Məlumat bazası (qısaca – “Məlumat bazası”) – «BONUSKLUB» iştirakçılarının məlumat bazasıdır.
«BONUSKLUB» proqramı iştirakçısının anketi – «BONUSKLUB» iştirakçılarının kağız üzərində, yaxud elektron şəkildə proqram iştirakçısı barədə bir sıra məlumatların toplandığı xüsusi formadır ki, həm də iştirakçının “STENTOR” MMC-nin “Məlumat bazasına” daxil edilməsi üçün formal ərizəsi sayılır.
- Proqram haqqında ümumi məlumat
«BONUSKLUB» proqramında yaşı 18-dən yuxarı olan şəxslər iştirak edə bilər. Proqram iştirakçısı olmaq yalnız «BONUSKLUB» proqramının loyallıq kartını alandan və kartın qeydiyyatını «Baharstore» mağazasında keçirəndən sonra mümkündür. Kart alış-veriş məbləğindən asılı olmayaraq verilir
Kart yalnız iştirakçının iştirakçı anketinin bütün qrafalarının dəqiq doldurulmasından və “STENTOR” MMC-nin səlahiyyətli şəxsi, yaxud «Baharstore» ticarət markasının françayzinq mağazası nümayəndəsi tərəfindən (françayzinq mağazasının «BONUSKLUB» Proqramına qoşulduğu təqdirdə) «BONUSKLUB»un məlumat bazasına daxil edildikdən sonra aktivləşir.
Bonus proqramı Azərbaycan ərazisində fəaliyyət göstərən «Baharstore» pərakəndə satış mağazalarında qüvvədədir. Bonus proqramının françayzinq mağazalarına aidiyyətini əlavə olaraq, «Baharstore» mağazalarından, yaxud http://Baharstore.az/ saytından öyrənə bilərsiniz.
«BONUSKLUB» proqramının iştirakçıları malı qiymət lövhələrində göstərilən qiymətlərlə alırlar və aldığı mala görə qazandığı bonusdan «Baharstore» mağazalarından növbəti dəfə aldığı malın pulunu ödəyərkən (yaxud, endirim almaq məqsədiylə) istifadə edə bilərlər.
«BONUSKLUB» proqramının iştirakçıları üçün həm də xüsusi aksiyalar keçirilə bilər:
-məxsusi qiymətlər, yaxud endirimlər;
-özəl təkliflər;
-yalnız «BONUSKLUB» proqramının iştirakçıları üçün nəzərdə tutulan xüsusi tədbirlər;
-xüsusi xidmətlərin göstərilməsi;
-bizim tərəfdaşlarla bir yerdə hazırlanmış çeşidli tədbirlər;
-informasiya və məlumat xarakterli materialların göndərilməsi.
- bonusların hesablanma qaydaları
01.05.17 ildən etibarən «BONUSKLUB» proqramının iştirakçısı olmaqla «Baharstore» mağazalarından mallar alarkən, «BONUSKLUB» iştirakçısı ödədiyi mal dəyərinin, vergüldən sonla 2 işarədən sonra hesablanır (məsələn, 99 manat dəyərində mal alarkən, karta 2.97 bonus əlavə olunur) 3% hesabından (yaxud mal alarkən keçirilən aksiyadan asılı olaraq, başqa faiz) standart bonus toplanır.
Bir Bonus bir manata bərabərdir.
1% dəyərində Bonus aşağıdakı hallarda toplanır:
1) aksiya mallarına;
2) “Sissiləli endirimlər” Aksiyasına əsasən (çekdəki ikinci mala -100%, üçüncüsünə -100%) alınan mallara;
3) «BONUSKLUB», “Aksiya qiyməti”, “Özümüzünkülər üçün qiymət” aksiyalarına əsasən alınan mallara.
Ayrı-ayrı aksiya proqramlarında iştirak edən malların alışı zamanı hesablanan bonusların qədəri bu Proqramda dəyişikliklər edilmədən dəyişə (azalıb, arta) bilər.
Bonuslar karta mal alan an daxil edilir və onlara “qeyri-aktiv” statusu verilir, yəni həmin bonuslardan mal almaq (yaxud endirim qazanmaq) üçün istifadə etmək olmur. Bonusların hesablandığı andan 1(bir) gün keçən kimi, əgər bonusun toplanmasına səbəb olan mal sonradan geri qaytarılmayıbsa, kartdakı bonuslar “aktiv” statusu qazanır – yəni onlardan alacağınız malın pulunu ödəmək (yaxud, növbəti mala endirim qazanmaq) üçün istifadə edilə bilər.
Bonuslar aşağıdakı hallar istisna olmaqla, bütün mal və xidmətlər üçün hesablanır:
1) çekin «BONUSKLUB» kartı ilə ödənmiş kartına;
2) müştərinin Hədiyyə kartı aldığı təqdirdə;
3) «STENTOR» MMC tərəfindən müəyyənləşdirilən bütün başqa hallarda.
Alış zamanı Bonuslar hesablanan mal və xidmətlər barədə məlumatı www.Baharstore.az/bonus saytında və *2211 nömrəli telefondan dəqiqləşdirə bilərsiniz (zəng stasionar telefonlardan pulsuz, mobil telefonlardan isə mobil operatorların tarifləri əsasında (yalnız yetkinlik yaşına çatanlar üçün) ödənilir).
Xüsusi reklam aksiyaları keçirilərkən «BONUSKLUB» proqramı iştirakçılarının kartına ayrı-ayrı aksiyaların şərtlərindən asılı olaraq, mal dəyərinin 50%-inədək əlavə bonus keçirilə bilər.
«STENTOR» MMC malın qaytarılması, habelə fırıldaqçılıq faktı aşkar edilərkən ləğv olunan transaksiya ilə əlaqədar səhvən hesablanmış (texniki səhvlər də daxil olmaqla) bonusları «BONUSKLUB» proqramı iştirakçılarının hesabından silə bilər.
«Baharstore» mağazalarından mal alarkən bonusların hesablanması üçün iştirakçı kassada pul ödəməzdən mütləq öz kartını təqdim etməlidir. «BONUSKLUB» proqramının iştirakçısı aldığı mala görə bonusların hesablanmasını özü izləyir. Hesablanan bonuslar haqda məlumat mal dəyərinin kassada ödənişindən sonra çekdə çap olunur və həmin məlumatı müştəri http://Baharstore.az saytındakı şəxsi kabinetində də izləyə bilər.
Alış zamanı kart təqdim olunmadan alınan mallar üçün bonuslar sonradan (arxa tarixlə) əlavə edilmir.
İştirakçı kartın və onda olan bonusların qorunması riskini və məsuliyyətini özü daşıyır.
- bonuslardan istifadə qaydaları
Malın alındığı andan etibarən 1 təqvim günü başa çatan kimi, bonuslar “aktiv” status alır və onlardan «Baharstore» mağazalarında alış-veriş zamanı (endirim alarkən) istifadə etmək mümkün olur.
Bonusları nağd pula çevirmək olmaz.
İştirakçı topladığı aktiv bonuslarla «Baharstore» mağazalar şəbəkəsindən aldığı malların dəyərinin 100% ödəyə bilər.
Malın ödənişində kartı istifadə edən zaman, bonuslar kartdan silinir. Müxtəlif istifadə etmə tarixinə malik olan bonuslar(ayrı vaxtda yüklənən bonuslar) əvvəl ən az istifadə tarixi olan bonuslar silinir. İstifadə edilməyən bonuslar kartda qalır və istifadə tarixi dəyişilmir. Aşağıdakı qrupları çıxaraq Bonusla bütün malları üdəyə(Endirim qazanmaq) mümkündür:
-«Baharstore» hədiyyə kartı vasitəsiylə alınmış;
Dəyərini bonuslarla ödəmək (endirim almaq) mümkün olmayan mal və xidmətlər haqda müfəssəl məlumatı «Baharstore» mağazalar şəbəkəsinin satıcı-məsləhətçilərindən dəqiqləşdirin.
Bonuslardan istifadə müddəti onların “aktiv” statusa keçməsindən sonrakı 180 gün ərzindədir. Bu müddət bitdikdən sonra bonuslar kartdan silinir. Zaman bitdiyi üçün kartdan silinmiş bonuslar bərpa edilmir və hər hansı başqa üsullarla kompensasiya olunmur.
”50 %-dək Bonus” Aksiyası, yaxud ona bənzər başqa aksiyalarda hesablanan bonusların qüvvədə olduğu müddət aktivləşdiyi andan etibarən 30 gündür.
Şərtlərin müddət baxımından təfərrüatını həmin aksiyaların keçirilmə qaydalarından öyrənmək olar.
- Balansın yoxlanılması və proqramda iştirak haqda informasiyanın alınması
Kartın balansını yoxlamaq və Proqram haqda əlavə məlumat almaq aşağıdakı yollarla mümkündür:
– www.Baharstore.az/ saytında onlayn rejimində “Şəxsi kabinə” bölməsində (bunun üçün saytın əsas səhifəsindəki nəzərdə tutulmuş yerə kartın nömrəsi və pin-kod daxil edilməlidir;
– *2211 nömrəli telefonla, (zəng stasionar telefonlardan pulsuz, mobil telefonlardan isə mobil operatorların tarifləri əsasında ödənilir (yalnız yetkinlik yaşına çatanlar üçün)) Vahid məlumat xidmətindən.
– «Baharstore» şəbəkəsinin istənilən mağazalarındakı kassadan.
- “Kart” tətbiq etməklə alınmış malın geri qaytarılması»
Alışına görə bonuslar hesablanmış mal qaytarılarkən(Azərbaycan respuplikasının qanunvericiliyində olan təqdirdə), qaytarılan malın alınması zamanı hesablanmış bonuslar kartdan silinir.
Dəyəri tam, yaxud qismən bonuslarla ödənmiş mal geri qaytarılarkən qaytarılan malın dəyərini ödəmək üçün istifadə olunan bonuslar da qaytarıldığı andan başlayaraq 180 gün qüvvədə olmaq şərtiylə, yaxud aksiyada qazanılan bonuslar üçün 30 gün olmaq şərtiylə karta qaytarılır.
7.Proqramda iştirakın şərtlərində dəyişiklik; proqramda iştirakdan imtina
«STENTOR» MMC alıcılar üçün «BONUSKLUB» Proqramının şərtlərini dəyişmək haqqını özündə saxlayır.
Şərtlər birtərəfli qaydada dəyişdirilə bilər.
«BONUSKLUB» proqramının actual qaydaları www.Baharstore.az/bonus saytında və «Baharstore» mağazalarında yerləşdirilir.
«STENTOR» MMC kart sahibinin Proqram şərtlərini pozduğu təqdirdə onun kartını blok etmək haqqını özündə saxlayır.
«BONUSKLUB» proqramının iştirakçısı Proqramda iştirakdan aşağıdakı üsulların birindən istifadə olunmaqla imtina edə bilər:
– «Baharstore» mağazasında Proqramdan imtina üçün ərizə yazmaqla;
– Proqramda imtina etmək haqda aşağıdakı ünvana məktub yola salmaqla: AZ1005, Bakı şəhəri, Əziz Əliyev küçəsi 9 – zərfin üzərində «BONUSKLUB» qeydi olmalıdır.
«BONUSKLUB» proqramının iştirakçısı olmaqla, Siz, proqramın bütün qaydaları ilə razılaşmış olursunuz.
İştirakçı «BONUSKLUB» proqramının iştirakçısı olmaqla, şəxsi məlumatlarının “STENTOR” MMC-nin «BONUSKLUB» məlumat bazasına daxil edilməsinə, habelə “STENTOR” MMC-dən (onun nümayəndə və agentlərindən) reklam, marketinq və digər informasiya materiallarının alınmasına icazə verir.
Kartın alınması və aktivləşməsi faktı o deməkdir ki, İştirakçı Proqramın şərtləri ilə tanışdır, onunla razılaşır və bu Qaydalarda şərh olunan şərtlər daxilində onları yerinə yetirəcəyi barədə öhdəlik götürür.
Hörmətlə,
«BONUSKLUB».